Mühafizə polisi haqqında

Baş Mühafizə İdarəsi müqavilə əsasında mülkiyyətçilərin əmlakının mühafizəsi və təhlükəsizlik işini təşkil edən, mühafizə xidmətlərinə görə müqavilə üzrə alınan vəsaitlər hesabına saxlanılan müstəqil struktur hissədir. 

Baş İdarənin strukturuna Təşkilati-inspektor idarəsi, Xidmət şöbəsi, Mühafizənin texniki vasitələri şöbəsi, Kadrlar şöbəsi, Maliyyə-plan şöbəsi, Maddi-texniki təchizat şöbəsi, Baş idarənin inzibati binasının mühafizəsi bölməsi, Növbətçi hissələri idarəetmə xidməti, Katiblik, Şəxsi heyətlə iş üzrə qrup, Kompüterləşmiş mərkəzi mühafizə məntəqəsi, İdman kompleksi daxildir.

Baş İdarənin əsas vəzifələri aşağıdakılardır:

  • müqavilələr əsasında mülkiyyətçilərin əmlakının və təhlükəsizliyinin mühafizəsi işini təşkil etmək;
  • mühafizə xidmətinin təkmilləşdirilməsi və mühafizə hissələrinin öz xərclərini ödəməsi üçün tədbirlərin işlənib hazırlanmasını və həyata keçirilməsini təmin etmək;
  • obyektlərin siqnalizasiya vasitələri ilə təchiz edilməsi üzrə quraşdırma işlərinin yerinə yetirilməsinə texniki nəzarətin həyata keçirilməsini, onların istismara qəbul olunmasını, təmirini və texniki xidmətini təmin etmək;
  • hüquqi və fiziki şəxslərin əmlakının hüquqazidd əməllərdən qorunmasını təşkil etmək, bu məqsədlə mühafizəyə götürülən əmlakın siqnalizasiya vasitələri ilə təchiz edilməsi üzrə tədbirlər həyata keçirmək;
  • Qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək;
>>>

Xəbərlər


21/

09/16

MƏLUMAT

19.09.2016-cı il tarixdə saat 20:00 radələrində, Lök-batan qəsəbəsi, “Sədərək” TM-nin yaxınlığında “İVECO” markalı Az 10 TC 812 dövlət qeydiyyat nişanlı avtomobil, Lök-batan qəsəbə sakini 1985-ci il təvəllüdlü Nəbiyev Süleyman İrafət oğlunu vurmuş və hadisə yerindən qaçmışdır. 20.09.2016-cı il tarixdə saat 06:30 radələrində Qaradağ Rayon Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən “Sədərək” TM-nin ərazisində qeyd olunan avtomobil aşkar edilərək ərazi üzrə Qaradağ RPİ 10-cu PB-yə təhvil verilmişdir. Faktla bağlı Qaradağ RPİ-nin 10-cü PB-də araşdırma aparılır.

19/

09/16

MƏLUMAT

19.09.2016-cı il tarixdə saat 02:44 radələrində Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 9 ünvanında yerləşən, fiziki şəxs Rəşid Hüseynova məxsus “Yarmarka” supermarketdən Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olmuşdur. Dərhal hadisə yerinə gələn Nizami Rayon Mühafizə İdarəsinin əməkdaşları obyektin ön vitrin şüşəsinin sındırıldığını aşkar etmişlər. Əməkdaşlar tərəfindən hadisə yerində oğurluğa cəhd göstərən, Bakı şəhər sakinləri, 1981-ci il təvəllüdlü Verdiyev Arif İsgəndər oğlu, 1986-cı il təvəllüdlü Zahirov Emin Seyidəhməd oğlu və Gəncə şəhər sakini 1971-ci il təvəllüdlü Əhmədov Bahadur Əhməd oğlu saxlanılaraq ərazi üzrə Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinə təhvil verilmişdir. Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsində araşdırma aparılır.
Arxiv